"Sumqayıt" yenilədi - Bir dəfə etmişdi, bir də etdi

27 May 01:20 Sumqayıt 349
"Sumqayıt" yenilədi - Bir dəfə etmişdi, bir də etdi

“Sumqayıt” Premyer Liqanın 2024/25 mövsümündəki son oyununda səfərdə “Səbail” üzərində böyükhesablı qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, 4:1 hesabı ilə qalib gələn “Gənclik şəhəri” təmsilçisi tarixində 5-ci dəfə rəqib meydanındakı çempionat matçında 3 top fərqi ilə üstün olub.

Sumqayıtın eyniadlı təmsilçisi səfərdəki bütün böyükhesablı qələbələrini eyni fərqlə əldə edib.

“Kəpəz”i (2017/18) 3:0, “Sabah” (2018/19), “Səbail” və “Turan Tovuz”u (hər ikisi 2023/24) eyni - 4:1 hesabı ilə məğlub edən “Sumqayıt” tarixinin ən böyükhesablı səfər qələbəsi rekordunu da təkrarlayıb.

“Kimyaçılar” həm də qələbəsiz oyunlar seriyasına son qoyub. XXVII turda “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edən sumqayıtlılar IV dövrədə ilk dəfə qalib gəlib.

Bunadək 8 matçda qələbə qazanmayan komanda 2 heç-heçə edib və 6 dəfə uduzmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti