Adı "Qarabağ" və "Neftçi" ilə çəkilən müdafiəçi barədə son qərar verildi

24 May 2025 17:00 Sumqayıt 4 076
Adı "Qarabağ" və "Neftçi" ilə çəkilən müdafiəçi barədə son qərar verildi

"Sumqayıt"dan ayrılacaq növbəti oyunçunun kimliyi məlum olub.

Komandanın təcrübəli futbolçularından sayılan Elvin Bədəlovla yollar ayrılıb.

Müqaviləsi başa çatan müdafiəçi ilə yeni anlaşma imzalanmayacaq.

29 yaşlı futbolçu ilə ötən mövsümün sonu "Qarabağ" ciddi maraqlanırdısa, son dönəmlər onun xidmətində "Neftçi"nin maraqlı olduğunu bildirək.

Millimizin sabiq üzvü 2019-cu ildən "Kimyaçılar"ın şərəfini qoruyur.

O, arxada qalan müddətdə meydana çıxıdğı 171 oyunda 3 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA