“Məşqlərimizə baxsaz, inanmarsız ki, bu komanda...”

23 May 21:00 Sumqayıt 201
“Məşqlərimizə baxsaz, inanmarsız ki, bu komanda...”

“Sumqayıt”ın yarımmüdafiəçisi Rövlan Muradov Sportinfo.az-a müsahibə verib.

- Uzun müddət davam edən qələbəsizlik seriyasına məhz “Kəpəz”i 3:0 hesabı ilə məğlub etməklə son qoyaraq, “Turan Tovuz”u səfərdə məğlub etmişdiz. 7 oyundur qalibiyyət yoxdur. Nə baş verir?

- Baş verən bir şey yoxdur. Məşqlərimizə baxsaz, inanmarsız ki, bu komanda 7 oyundur qələbə qazanmır. Hamı can-başla çalışır, kollektivdə xoş əhval-ruhiyyə var, bir-birimizə dəstək veririk. Vəziyyətin belə olmasının səbəbi yol verdiyimiz fərdi səhvlərdir. Hansısa epizodda diqqətsizlik edirik, sonu belə alınır. “Qaabağ” kimi güclü rəqiblə bir saat 0:0 oyandıq, “Neftçi”ylə matçın son dəqiqələrində qələbəni əldən verdik, “Zirə”ylə görüşdə bərabərlik qolu üçün irəli atılıb öz qapımızdan top buraxdıq, bu gün penalti qolu ilə uduzduq, qol şanslarını əldən verdik. Rəqiblərdən zəif olsaydıq, bu proseslər yaşanmazdı.

- Şəraiti, büdcəni, futbolçuların keyfiyyətini nəzərə alsaq, “Sumqayıt”ın yeri 9-cu pillədir?

- Xeyr-xeyr. Qətiyyən! Çox yaxşı kollektivə və şəraitə sahibik. Üst pillələrdə olmalıydıq.

- Məsələn, hansı komandaları qabaqlaya bilərdiz?

- Ad çəkmək istəmirəm. Bir onu deyə bilərəm ki, 4-cü yer uğrunda mübarizə apara bilərdik.

- Yəni o dərəcədə?

- Fikrimcə, ötən ilki nəticəni təkrarlamaq mümkün idi. Bəlkə də çempionatı 5-6-cı sıralarda başa vurardıq. Lakin bəzi oyunlardakı məğlubiyyətlər olmasaydı, rahatlıqla 4-cü pillə uğrunda mübarizə aparardıq.

- “Sumqayıt”ın əvəzolunmaz simalarından birinə çevrildiyin halda, apreldəki 4 oyunun hamısını kənardan izlədin. Son 2 natçda yenidən əsas heyətdə göründün. Vəziyyətin belə olması şəxsinlə bağlıdır, yoxsa baş məşqçinin qərarıdır?

- Bu sualı baş məşqçimizə versəz, daha yaxşı olar.

- Özünə bu sualı verəndə, cavab tapa bilirsən?

- Baş məşqçinin qərarına hörmətlə yanaşmalıyıq. Son iki turda “11-lik”də şans qazandım, ondan əvvəlki 4 oyunda ümumiyyətlə meydana çıxmadım. Şans veriləndə tapşırıqları can-başla yerinə yetirirəm. Mən məşqlərdə və oyunlarda üzərimə düşən işi görməyə çalışıram. Qərarı baş məşqçi verir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 May 11:00 Bir-bir gəlin!