Ronaldo üçün Azərbaycan klubuna çağırış gəldi

22 May 2025 02:30 Sumqayıt 1 619
Ronaldo üçün Azərbaycan klubuna çağırış gəldi

"Sumqayıt"ın yarımmüdafiəçisi Ronaldo Vaskes Dominikan Respublikası millisinə dəvət alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Dominikan Respublikası dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 7-si və 11-də müvafiq olaraq Qvatemala və Dominika ilə qarşılaşacaq.

Marselo Nevelefin yetirmələri daha sonra Şimali və Mərkəzi Amerika ölkələrinin iştirakı ilə keçirilən "CONCACAF Gold Cup" turnirində iştirak edəcək.

A qrupunda yer alan Dominikan Respublikası iyunun 15-də Meksika, 19-da Kosta Rika, 23-də isə Surinamla qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə