Əcnəbi müdafiəçi mövsümün sonunu gözləmədən Azərbaycan klubundan ayrıldı

20 May 23:40 Sumqayıt 512
Əcnəbi müdafiəçi mövsümün sonunu gözləmədən Azərbaycan klubundan ayrıldı

"Sumqayıt"da ilk ayrılıq baş tutub.

Miloş Miloviç düşərgədən ayrılıb.

Əldə etdiyimiz məlumatagörə, "Kimyaçılar"ın gələcək planlarına daxil olmayan monteneqrolu müdafiəçi rəhbərlikdən icazə alaraq mövsümün başa çatmasına 1 tur qalmış vətəninə yollanıb.

Hazırda zədəsinin müalicəsi ilə məşğul olmasını nəzərə alan rəsmilər onun gedişinə razılıq verib.

Tərəflər arasındakı anlaşmanın müddəti bu ilin yayına kimi qüvvədə idi.

29 yaşlı arxa xətt oyunçusu mövsümün əvvəli Sumqayıt təmsilçisinə transfer olunmuşdu.

Onun arxada qalan müddətdə cəmi 17 görüşdə forma geyindiyini bildirək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti