Dünən “yanğınsöndürən” idi, bu gün lazımsız

16:40 Sumqayıt 262
Dünən “yanğınsöndürən” idi, bu gün lazımsız

Vaqif Cavadov doyunca yatmadı ki, düz-əməlli yuxu görsün.

Riad Rəfiyev ən pis vaxtda – Samir Abasov “Neftçi”yə üz tutanda dəvət etmişdi onu.

“Kimyaçılar” çempionatda keçirdiyi 7 oyunda cəmi 7 xal toplamışdı və 6 matç idi qələbənin nə olduğunu bilmirdi. Daxildəki ab-hava “relsdən çıxmışdı?

O vəziyyətdə olan komandanı əcnəbiyə versəydin, əvvəla, səndən bir ətək pul tələb edərdi. İkincisi, Premyer Liqada qalmaq tapşırığına şübhə ilə yanaşardı. Üçüncüsü, elita tapşırığının öhdəsindən gəlsəydi, əlavə mükafat tələb edərdi. Əcnəbidir axı.

Cavadov “Sumqayıt”da çalışdığı dönəmdə komandası “Səbail”i, “Sumqayıt”ı, “Neftçi”ni, “Turan Tovuz”u uddu, əsas tapşırıq olan Premyer Liqadakı yeri qorumaq hədəfinin öhdəsindən gəldi.

Düzdür, qara günlər oldu, komanda aylarla qələbə qazana bilmədi. Ancaq bu taleyi “Neftçi” və “Sabah” kimi iri büdcəlilər yaşayırsa, “Sumqayıt” üçün normal qəbul olunmalıdır. İndiki halıyla avrokuboklara vəsiqə uğrunda mübarizə aparmayacaqdı ki. Yəni missiya yerinə yetirilmişdi.

Klub rəhbərliyi Vaqifin yaşını, təcrübəsinin azlığına rəğmən oynatdığı futbolu və ən əsası, yerli məşqçi olduğunu nəzərə alıb şans verə bilərdi. Vermədi. Çünki...

Səbəbini Rəfiyev məndən də, səndən də yaxşı bilir. Bundan sonra Sumqayıtın eyniadlı təmsilçisində əcnəbi dövrü başlasa, heç kim təəccüblənməyəcək. Çünki rəhbərin çaldığı havaya hər azərbaycanlı oynamır.

Bir də, transfer dönəmi yaxınlaşır. Son dərəcə diqqətli və məsuliyyətli olmaq lazımdır. Kiçik səhvə belə, yol vermək olmaz.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti