Azərbaycan klubu kapitanı ilə vidalaşdı - Səmimi anlar bu VİDEO- FOTOLARda

01:00 Sumqayıt 123
Azərbaycan klubu kapitanı ilə vidalaşdı - Səmimi anlar bu VİDEO- FOTOLARda

“Sumqayıt”ın kapitanı Vüqar Mustafayev futbolçu karyerasını bitirib.

Sportinfo.azxəbər verir ki, bununla bağlı “kimyaçılar”ın üzvləri Azərbaycan Premyer Liqasının XXXV turunda evdə “Turan Tovuz”la oyundan öncə 31 yaşlı yarımmüdafiəçi üçün yolasalma təşkil ediblər.

Futbolçuların yaratdığı dəhlizdən övladları ilə keçən Mustafayevə “Sumqayıt”ın prezidenti Riaf Rəfiyev xatirə plaketi təqdim edib.

Futbolçular adından isə Elvin Bədəlovla Murad Xaçayev səbəbkara xüsusi hədiyyə veriblər.

Mustafayev qarşılaşmada topa ilk toxuşu edib.

Vüqar Mustafayev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüşdə cəza səbəbindən iştirak edə bilməyib. Buna səbəb onun ötən tur "Kəpəz"lə matçın 89-cu dəqiqəsində baş vermiş münaqişə zamanı qırmızı vərəqə ilə cəzalanmasıdır.

AFFA İntizam Komitəsi Mustafayevi təcavüzkar davranışa görə 2 oyun şərti olmaqla 4 oyun diskvalifikasiya edib.

Vüqar Mustafayev 2019-cu ildən "Sumqayıt"ın şərəfini qoruyur. O, Azərbaycan milli komandasının heyətində 11 oyunda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti