Niyə postunu tərk etdi? - VİDEO

17 May 20:40 Sumqayıt 605
Niyə postunu tərk etdi? - VİDEO

“Aleksey Baqa bir dəfə komandaya gəldi, “Sumqayıt” qol vura bilmədi.

O vaxt da Ayxan Abbaasovu göndərmişdilər.

Şokdaydı. İndi isə Vaqif Cavadov...

Komandada xaotik vəziyyət hökm sürür. Əli deyəni Vəli, Vəli deyəni də Əli eşitmir.

Ortaq məxrəcə gəlinmir. Bir-birilərini yola verirlər. Vaqif Cavadovun xidmətinə “Sabah”ın heyətini ver, nəticə tələb et.

Yoxsa ki, “Sumqayıt”dakı oyunçu qrupu ilə yüksək yerlər uğrunda danışmaq ədalətsizlikdir”.

Bu fikirlər “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səsləndirilib.

Elçin Cəfərovla Ramiz Mirzəzadənin təqdimatında yayımlanaan verilişdə “Sumqayıt”da baş məşqçi istefasından danışılıb, komandanın düzgün idarə edilmədiyi diqqətə çatdırılıb.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti