“Bu komandanın gücü barədə danışmağa gərək yoxdur, hamı bilir ki...”

16 May 23:00 Sumqayıt 177
“Bu komandanın gücü barədə danışmağa gərək yoxdur, hamı bilir ki...”

7 oyundur qələbənin nə olduğunu bilməyən “Sumqayıt” növbəti sınaq qarşısındadır.

Rəqib də kim olsa yaxşıdır?

Sonuncu qələbəsini məhz bu komandayla oyunda qazandığı “Turan Tovuz”.

“Kimyaçılar” doğma azarkeşlərinin önündə uğursuz seriyaya son qoymaq niyyətindədir. Tovuzlular isə üçüncü pillə uğrunda apardığı mübarizədə təslim olmaq istəmir.

Odur ki, qarşılaşmanın son dərəcə gərgin keçəcəyinə şübhə yoxdur.

“Sumqayıt”ın aparıcı simalarından olan Rövlan Muradov Sportinfo.az-a oyunla bağlı danışıb:

“Ev”də oynayırıq, azarkeşlərimizin qarşısında son oyunumuzdur. “Turan Tovuz”un gücü barədə danışmağa gərək yoxdur.

Hamı bilir ki, “bərk” komandadır, standart vəziyyətlərdə təhlükəlidir. Biz turnir cədvəlində yüksəlmək istəyirik, onlar isə avrokuboklara vəsiqə uğrunda oynayırlar.

Layiqli mübarizə aparmaqla azarkeşlərimizi sevindirə bilərik. Məqsədimiz qələbə qazanıb, “qara zolaq”dan çıxmaqdır”.

Mayın 17-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq matçın start fiti saat 17:00-da çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
16 May 03:40 AFFA-da görüş oldu
16 May 02:00 AFFA bu yeri seçdi