6 ildən sonra Premyer Liqa klubunu tərk etməyə qərar verdi

17:20 Sumqayıt 516
6 ildən sonra Premyer Liqa klubunu tərk etməyə qərar verdi

Sumqayıt Futbol Akademiyasında ayrılıq yaşana bilər.

Söhbət akademiyanın koordinatoru Hakan Sünaldan gedir.

2019-cu ildən Sumqayıt təmsilçisində çalışan əcnəbi mütəxəssislə bitən müqavilə hələ də yenilənməyib.

Ötən ildən akademiya maddi sıxıntı yaşayır.

Bu səbəbdən bir neçə məşqçinin maaşından azalma qərara alınmışdı.

Yeni mövsümdən dövlət dotasiyasının 500 min manat azaldılması akademiyanın maddi vəziyyətini bir qədər çətinləşdirmiş olacaq.

Hakan Sünalı getmək barədə düşünməyə vadar edən əsas səbəb də budur.

Yaxın günlərdə klub rəhbərliyi ilə əcnəbi mütəxəssis arasında yekun görüş keçiriləcək.

O, ölkəmizə gələnə kimi Almaniyanın “Frankfurt” klubunun U-19 komandasının baş məşqçisi və U-16 – U-19 arası yaş qruplarının koordinatoru vəzifəsində çalışıb.

Türk əsilli Hakan Sünal “Ayntraxt", “SG Rosenhöhe”, “SpVgg Oberroad 05” kimi klublarda məşqçilik fəaliyyəti ilə də məşğul olub.

45 yaşlı mütəxəssis həmçinin “M5 Sports” futbol məktəbinin yaradıcısı və sahibi olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti