Özü postundan getdi, bəs gətirdiklərinin aqibəti necə olacaq?

15 May 2025 16:40 Sumqayıt 2 296
Özü postundan getdi, bəs gətirdiklərinin aqibəti necə olacaq?

“Sumqayıt”da Vaqif Cavadov dövrü başa çatdı.

Yeni baş məşqçinin adı hələ ki, qeyri-müəyyəndir. Azı cari mövsümün sonuna qədər belə qalacaq.

Bəs, Cavadovun baş məşqçi postuna gəlişindən sonra məhz özünün istəyi ilə məşqçilər korpusuna gətirilən şəxslərin aqibəti necə olacaq?

Əsas məşqçi Vurğun Hüseynov, köməkçi-məşqçi Şahin Abdullayev, eləcə də, qapıçılarla çalışan Emil Babayev fəaliyyətini davam etdirəcək.

Hazırda komandanı “Turan Tovuz”la matça hazırlayan adıçəkilən məşqçilər yeni baş məşqçi gələnə qədər “Sumqayıt”da çalışacaq. Onların gələcək taleyi Vaqif Cavadovun xələfindən asılı olacaq.

İstəsə, qalıb işləyəcəklər. Yox, özü ilə tanıdığı köməkçiləri gətirmək istəyi yaransa, Hüseynov, Abdullayev və Babayev başlarının çarəsinə baxmalı olacaqlar.

Qeyd edək ki, Cavadov bütün turnirlər daxil olmaqla “kimyaçılar”ı 28 oyuna çıxarıb. Bu matçlarda “Sumqayıt” 7 qələbə qazanıb, 6 heç-heçə edib, 15 dəfə məğlub olub.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA