
AFFA İntizam Komitəsi qərarı ilə "Sumqayıt"ın futbolçularıı Rəşad Əzizli və Vüqar Mustafayev cəzalandırılıb.
Onların Premyer Liqanın 34-cü turunda "Kəpəz"lə oyundakı (0:1) davranışlarına görə bu qərarlar verilib.
Tovuzdakı matçın 89-cu dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün R.Əzizli 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb,
“Sumqayıt” 3000 manat cəriməyə məruz qalıb. Sınaq müddəti 3 ay təyin edilib.
Oyunun 89-cu dəqiqəsində Vüqar Mustafayev də eyni qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb. O da 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb.
"Sumqayıt" daha 3000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.
“Sumqayıt” rəhbərliyi də öz növbəsində hər iki futbolçusuna “qulaqburma“sı verib. Federasiya tərəfindən kəsilən cərimələr onların maaşından tutulacaq.
Klubun daxili nizam-intizam kodeksinə görə idmançıya yaraşmayan hallara yol verənlər bununr qarşılığını öz “kisə“sindən ödəməlidir.
SPORTİNFO.AZ
Başverənləri aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz: