
Bəzi klublar mütləq və mütləq azarkeşləri ilə maarifləndirici söhbətlər etməlidir.
Siyahının birinci yerində dayanan kliub bəlkə də “Kəpəz”dir.
Bazar günü “Sumqayıt”la Tovuzda keçirilən qarşılaşmanın ikinci hissəsində yaşananlar sadəcə dəhşət idi.
Hər şey futbolçuların meydandakı qarşıdurmasından sonra başladı. Sumqayıtlı və gəncəli oyunçuların əlbəyaxa davaya çıxması “Kəpəz” fanatlarını gözlərini yumub, ağızlarını açmasına səbəb oldu.
Öncə qırmızı vərəqə alaraq ehtiyat oyunçular skamyasından qovulan Rəşad Əzizli təhqir olundu. Ardınca “Sumqayıt”a çox ağır təhqiredici formada atmaca atıldı və təbii ki, pirotexniki maddələrdən istifadə edildi.
Matç canlı yayımlandığına görə tribunalardakı küçə söyüşləri çox aydın formada efirdə eşidilir. Və stadiona asayişi qorumaq üçün cəlb olunan polis nəfərləri heç bir reaksiya vermədən seryrci mövqeyi tutur.
“Sumqayıt”a ünvanlanan təhqirlər zamanı futbolçular, ya da mərkəzi tribunada əyləşən qonaq rəsmilər reaksiya versəydi, o anda stadionda nələrin yaşanacağını təsəvvür etmək çətin deyildi. Azərbaycan idmanı və ölkədəki əmin-amanlıq adına çox böyük rəzalət yaşana bilərdi.
Təbii ki, oyunun AFFA nümayəndəsi, həm də AFFA İntizam Komitəsinin sədri olan Erkin Hüseynov özü üçün lazım olan qeydləri apardı.
Komitənin növbəti iclasında meydan sahibi klubun - “Kəpəz”in böyük məbləğdə cərimələnəcəyi və xüsusi xəbərdarlıq ediləcəyi gün kimi aydındır.
HƏBİB / SPORTİNFO.AZ
Başverənləri aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz: