
"Sumqayıt" klubunun mətbuat katibi Zaur Xudiyev Sportinfo.az-a açıqlama verib.
Klub rəsmisi baş məşqçi Vaqif Cavadovla yolların ayrılmayacağını bildirib:
"Vaqif Cavadovun "Sumqayıt"dan göndəriləcəyi ilə bağlı xəbərləri mətbuatdan təəssüf hissi ilə izləyirik. Bildirmək istərdim ki, Vaqif müəllimin klubla davam edən müqaviləsi var. Klub ona güvənir.
Onun komandanı çətin durumdan çıxaracağına inanırıq. Hər hansı dəyişiklik olarsa klub bu barədə rəsmi məlumat verəcək".
Xudiyev sonda belaruslu mütəxəssis Aleksey Baqanın yenidən "kimyaçılar"a qayıtması xəbərini da təkzib edib:
"Sumqayıt" klubu hər hansı əcnəbi mütəxəssislə danışıq aparmadığını xüsusi qeyd edərdim. Bütün diqqətimizi qarşıdakı 3 görüşə yönəltmişik. Maksimum mümkün qədər yaxşı vəziyyətdə başa vurub, yeni mövsümə hazırlaşmaq istəyirik".
Qeyd edək ki, Vaqif Çavadov ötən ilin oktyabr ayından etibarən "Sumqayıt" klubunun sükanı arxasına keçib.
XANOĞLAN