
«Bakı»nın yetirməsi Vüqar Mustafayev bu ayın sonlarında butsılarını mıxdan asacaq.
O, bu barədə «Sumqayıt» rəhbərliyini məlumatlandırıb.
Yarımmüdafiəçi 31 yaşında yaşıl meydanlarla vidalaşmaq məcburiyyətində qaldığını bildirib. Buna səbəb xroniki zədələrdir.
Üç ildir dizindəki ağrılardan əziyyət çəkən orta sahə oyunçusu daha iynə gücünə qazona ayaq basmaq niyyətində olmadığını bildirib.
Sağlıq durumundan narahatlıq keçirən Mustafayevə klubda məşqçi kimi işləmək təklifi edilib. Razılıq versə, akademiyanın qapıları üzünə açıqdır - seçim öz öhdəsinə buraxılıb.
SPORTİNFO.AZ