“Kim dedi ki, təslim olmuşuq?”

4 May 2025 21:00 Sumqayıt 773
“Kim dedi ki, təslim olmuşuq?”

"Sumqayıt" Premyer Liqanın 33-cü turu çərçivəsində səfərdə "Qarabağ"a 0:2 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Qarabağ"ı növbəti çempionluq münasibətilə təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynayırdıq. Bizə qarşı əsas heyətlə çıxış etdilər. İnanıram ki, komandam növbəti mövsümdə daha yaxşı olacaq.

- Bu cür təslimçi əhval-ruhiyyədə oyuna çıxmaq nə dərəcədə doğrudur?

- Kim dedi ki, təslim olmuşduq? Belə bir şey yox idi.

- Düşünürsüz ki, "Sumqayıt"da qalmağa layiq məşqçisiz?

- Komandanı çətin durumda götürdük. Gənc məşqçiyəm. Bu mövsüm ola bilər ki, nələrsə alınmadı. İstənilən nəticəni əldə etməmişik. Növbəti mövsümdə daha yuxarı pillələrdə olmağa çalışacağıq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA