
Fernandu Santuşun milliyə cəlb etdiyi Səbuhi Abdullazadə tezliklə legioner həyatı yaşaya bilər.
Bunun üçün o, ilk növbədə «Sumqayıt» rəhbərliyinin müqaviləni uzatmaq təklifinə «hə» deməlidir.
Məsələ ondadır ki, gənc yarımmüdafiəçinin yetirməsi olduğu klubla müqaviləsinin başa çatmasına bir neçə həftə qalıb.
Samir Abasov onu «Neftçi»yə dəvət etdiyindən, «kimyaçılar» alternativ çıxış yolu axtarıb tapıb.
Abdullazadə «gənclik şəhəri» təmsilçisində qalması üçün 150 min manatlıq tələbində güzəştə getsə, rəhbərlik yayda ona Avropada normal komanda tapacaq.
Burada məqsəd birmənalıdır - Səbuhinin havayı əldən çıxmaması və mümkün satışından «Sumqayıt»ın büdcəsinə əlavə pul qazandırmaq.
SPORTİNFO.AZ