"Qarabağ"ın tamaşasına dayanmaq - 3 manat cibində qalmnasın!

01:50 Sumqayıt 75
"Qarabağ"ın tamaşasına dayanmaq - 3 manat cibində qalmnasın!

Premyer Liqanın XXXIII turunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” qarşılaşmasının biletləri onlayn şəkildə satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər sabahdan iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassasında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

"Qarabağ" - "Sumqayıt" qarşılaşması bu gün saat 18:00-da "Azersun Arena"da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti