
"Sumqayıt"ın stadionu təmirə bağlanıb.
Söhbət komandanın məşqlərini keçdiyi "Socar Polimer Arena"dan gedir.
Meydançanın ot örtüyü yenilənir.
Artıq köhnə qazon tamamilə təmizlənib.
Sevindirici hal odur ki, klub rəhbərliyi yeni qazonu da təbii edəcək.
İşlər təxminən 3 aya yekunlaşmalıdır.
"Kimyaçılar" bu müddətdə məşqlərini adıçəkilən arenanın ehtiyat meydanında keçirəcək.
Xatırladaq ki, əvvəlki adı "Kapital Bank Arena" olan stadionda Sumqayıt təmsilçisi uzun müddət Premyer Liqa görüşlərini keçirib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun əsaslı təmirindən sonra kollektiv ev oyunlarını burada keçirmir.
XANOĞLAN / SPORTİNFO.AZ