AÇIQ DANIŞDI: "Neftçi" ilə oyunlarda başverənlərə səbəb bu idi"

11 May 17:45 Sumqayıt 230
AÇIQ DANIŞDI: "Neftçi" ilə oyunlarda başverənlərə səbəb bu idi"

"Sumqayıt"ın hücumçusu Bobir Abdixolikov Premyer Liqanın 32-ci turunda "Neftçi" ilə bərabərə bitən (2:2) qarşılaşmadan sonra Sportinfo.az-a müsahibə verib.

- Qarşılaşma barədə nələr deyə bilərsən?

- Oyuna yaxşı başlamışdıq. Hesabda 2:0 önə keçmişdik. Təəssüf ki, sonrakı dəqiqələrdə üstünlüyü əldən verdik. Qalib gələrək azarkeşlərimizi sevindirmək istəyirdik. Amma belə sonluğa hamımız üzüldük.

- Nə baş verdi ki, bu cür üstünlük əldən çıxdı?

- Ola bilsin ki, 2:0-dan sonra komandada bir balaca arxayınlaşma oldu. Dəqiq belə olduğunu deyə bilmərəm. Amma bəlkə də səbəb bu idi.

- Oyundan sonra baş məşqçinin reaksiyası necə oldu?

- Bildirdi ki, bu cür üstünlüyü əldən vermək ağırdı. Nəticə hamıya pis təsir edir. Amma futbolda belə şeylər olur.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti