Qolları sıralayan əcnəbi forvard: "Bu barədə düşünəcəyik"

16:40 Sumqayıt 209
Qolları sıralayan əcnəbi forvard: "Bu barədə düşünəcəyik"

"Sumqayıtda hər şey mənim üçün yaxşıdır. İnsanlar mehribandır. Buradakı halımdan məmnunam".

Bu fikirləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın hücumçusu Bobir Abdixolikov deyib.

Özbəkistan millisinin üzvü mövsümün ikinci yarısı "kimyaçılar"a qoşulsa da özünü yaxşı tərəfdən göstərə bilir.

O, meydana çıxdığı 9 matçda 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Yayda müqaviləsi bitən 28 yaşlı forvard yeni müqavilə təklifinə hələ də müsbət cavab verməyib.

Bobir bu barədə danışmağın tez olduğunu dilə gətirib:

"Qarşıda 4 oyun var. Bütün diqqətimi həmin görüşlərə yönəltmişəm. Mövsüm başa çatandan sonra bu barədə düşünəcəyik".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti