Milli komandamızın yeni siması ölkə xaricinə yollanır?

30 Aprel 2025 17:00 Sumqayıt 1 764
Milli komandamızın yeni siması ölkə xaricinə yollanır?

"Sumqayıt"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə legioner həyatı yaşaya bilər.

Orta sahə oyunçusunun xidmətində Türkiyənin 2 klubu maraqlıdır.

Söhbət Birinci Liqa iştirakçılarından gedir.

23 yaşlı oyunçu da karyerasını Türkiyədə davam etdirməyə isti yanaşır.

Danışıqlar uğurla tamamlanarsa, milli komandamızın üzvü ilk dəfə ölkə xaricinə yollanacaq.

Əks halda, böyük ehtimalla "8 nömrə" "Sumqayıt"da işinə davam edəcək.

Abdullazadə "Sumqayıt"ın yetirməsidir və bütün karyerası yetirməsi olduğu klubla bağlıdır.

O, "kimyaçılar" formasında keçirdiyi 167 oyunda 6 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə