“Bakı”da başladı, “Xəzər Lənkəran”in uduzmasında pay sahibi oldu, bu gün də...

02:50 Sumqayıt 122
“Bakı”da başladı, “Xəzər Lənkəran”in uduzmasında pay sahibi oldu, bu gün də...

Vüqar Mustafayev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, “Sumqayıt”ın kapitanının yubileyi Premyer Liqanın XXXII turuna təsadüf edib.

O, “Neftçi” ilə ev matçına (2:2) start heyətində çıxıb. 31 yaşlı futbolçu 250 oyunda 2 qola imza atıb.

Vüqar Premyer Liqada 5 klubun formasını geyinib.

O, “Bakı”da 16, “Simurq”da 12, “Qarabağ”da 8 (1 qol), “Zirə”də 77 (1 qol), “Sumqayıt”da 137 dəfə şans qazanıb. Mustafayev ölkə çempionatları tarixində 250 və ya daha çox oyun keçirən 77-ci futbolçudur.

Onun debütü 2013/14 mövsümündə gerçəkləşib. Vüqar 2013-cü il noyabrın 22-də “Bakı” – “Xəzər Lənkəran” görüşündə (3:0) meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!