Yeni klubunda “oruc”unu poza bilməyən əcnəbi: “Anlayıram ki, qol vurulmalıyam”

13 Mart 08:50 Sumqayıt 461
Yeni klubunda “oruc”unu poza bilməyən əcnəbi: “Anlayıram ki, qol vurulmalıyam”

Sportinfo.az “Şamaxı”nın braziliyalı hücumçusu Maykl Tuikin müsahibəsini təqdim edir:

- Misli Premyer Liqasının 26-cı turunda “Sabah”ı məğlub etdiniz. 1:0 hesablı qələbəni necə şərh edərdiniz?

- Ağır oyun idi. Çünki yaxşı komandaya qarşı oynayırdıq. Əlimizdən gələni etdik, maksimum gücümüzü ortaya qoyduq. Nəticədə də qələbə qazandıq.

- Azarkeşlər sizin oyununuzu bəyəndilər, bunu onların dəstəyindən də hiss etmək mümkün idi. Bəs siz necə, öz çıxışınızdan razı qaldınız?

- Qalib gəlmişiksə, oyunumdan razıyam. Bütün komanda kimi mən də döyüşdüm. Lakin anlayıram ki, qol vurulmalıyam. Çünki mövqeyimə görə bu, çox vacibdir.

- “Şamaxı”ya qış fasiləsində qoşuldunuz. Artıq komandaya tam uyğunlaşa bilmisiniz?

• Adaptasiya prosesim çox yaxşı keçdi. Komandada hər kəslə münasibətim yaxşıdır. Həmçinin Şamaxıda insanlar da çox qonaqpərvərdirlər. Burada özümü evdəki kimi hiss edirəm.

- Son 2 turda “Şamaxı” 6 xal topladı. Artıq Premyer Liqadan düşmək təhlükəsindən uzaqlaşdığınızı söyləmək olar?

- Bu iki qələbə bizə çox motivasiya verdi. Həm də göstərdik ki, “Şamaxı” liqada qalmaq yox, daha yaxşı yerlər uğrunda mübarizə aparmağa qadirdir.

- Qarşıdakı turda daha bir iddialı komanda – “Araz-Naxçıvan”ın qonağı olacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?

- “Araz-Naxçıvan”ın oyununu izləmişəm. Rəqib haqda məlumatım var. Bilirəm ki, çox yaxşı komandadırlar. Buna baxmayaraq, hər zamankı kimi qarşıdakı matça ciddi hazırlaşacağıq və bacardığımızın ən yaxşısını etməyə çalışacağıq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Mart 03:50 Bakıdan sonra Burqas