Bu tarixdə Premyer Liqa klubundan istefa verəcək - İstədiyi olmasa

8 Mart 14:00 Sumqayıt 3 883
Bu tarixdə Premyer Liqa klubundan istefa verəcək - İstədiyi olmasa

Vaqif Cavadov martın 10-da «Sumqayıt»ın sükanı arxasında son oyununu keçirə bilər.

«Kimyaçılar» həmin gün «Kəpəz»i qəbul edəcək.

25 turdan sonra hər iki komandanın aktivində 22 xal var və turnir cədvəlində 8-9-cu pillələri bölüşdürürlər.

2024-cü ilin oktyabrında əsas komandaya gətirilən, bu ilin yanvarında isə baş məşqçi postuna təsdiqlənən V.Cavadov 2,5 illik müqavilə imzalayıb.

Böyük problemlər elə bundan sonra başlayıb. «Sumqayıt» çempionatın son 10 turunda qol vura, qələbə qazana bilməyib.

Uğursuzluq zolağına düşən kollektivin özündə gənc mütəxəssisə münasibət birmənalı deyil. Əksər futbolçular Cavadovun gündəlik iş prinsipindən narazıdırlar.

Rəhbərlik isə buna qədər çalışdırıcıya münasibətlə səbrli davranıb. Ona güldən ağır söz deyilməyib. Ancaq təbii ki, hər şeyin bir həddi, bir ənzadəsi var.

Artıq vəziyyət təhlükəli həddə çatıb. I Liqanın qapıları «Sumqayıt»ın üzünə açılmış kimi görünür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti