Hər yerdən qovulan baş məşqçi bu kluba minnətçi saldı, öz xidmətini təklif etdi

7 Mart 13:00 Sumqayıt 7 029
Hər yerdən qovulan baş məşqçi bu kluba minnətçi saldı, öz xidmətini təklif etdi

2024-cü ilin noyabrında «Səbail»dən istefa verən Şahin Diniyev hələ karyerasını başa vurmaq istəmir

. İşlədiyi bütün yerlərdə uğursuzluq yaşayan məşqçi yenidən Premyer Liqaya qayıtmağa can atır.

Bu dəfə onun gözü «Sumqayıt»dadır. Vaqif Cavadovun burada yaşadıqları, belə demək olarsa, onu ümidləndirib.

Diniyev müxtəlif şəxslər vasitəsilə «kimyaçılar»ın rəhbərliyinə xəbər göndərərək, öz xidmətini təklif edib. Yəni, araya minnətçilər salıb ki, «gənclik şəhəri» təmsilçisinə yollana bilsin.

Bu, onun köhnə xasiyyətidir. Həmişə belə olub. İndiyədək hara gedibsə, tanışlıqla gedib. Və hamısında bir cür «hoqqa verib».

Gah futbolçuların puluna şərik olub, maaş kartlarını cibinə doldurub, gah da rəhbərliklə sövdələşməyə gedib. Konkret «Kəpəz»də bu cür işləyib.

Hazırda da ümid bəsləyir ki, ortalığa saldığı kəslər «Sumqayıt»ın prezidenti Riad Rəfiyevin «saqqızını oğurlaya» biləcək. Çünki «kimyaçılar»ın işləri qətiyyən qaydasında getmir.

Komanda ölkə kuboku ilə ¼ final mərhələsində vidalaşıb. Premyer Liqada isə artıq 10 oyundur qələbə qazana bilmirlər.

Heç qol da vura bilmirlər. Yanvarda 2,5 illik müqaviləyə qol çəkmiş Vaqif Cavadovun taleyi artıq tükdən asılıdır.

Çempionatın üçüncü dövrəsinə bərbad start vermiş kollektiv 22 xalla turnir cədvəlinin 8-ci pilləsinə enib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti