“Qarabağ”ın adını eşitdi, qələbə mesajını verdi: “Heç nədən qorxmuram”

3 Mart 2025 19:00 Sumqayıt 1 079
“Qarabağ”ın adını eşitdi, qələbə mesajını verdi: “Heç nədən qorxmuram”

İşləri qaydasında getməyən “Sumqayıt” növbəti sınaq qarşısındadır.

Kubok mübarizəsində “Sabah” önündə darmadağın olan (0:4) “kimyaçılar” bu dəfə öz meydanında Premyer Liqa matçına çıxacaq.

Rəqib son çempion, cari mövsümün dəyişməz lideri “Qarabağ”dır.

Çempionatda 8, ümumilikdə 10 oyundur qələbənin və qolun nə olduğunu bilməyən Vaqif Cavadovun rəhbərlik etdiyi kollektivi amansız mübarizənin gözləməsi sirr deyil. Ağdamlılar önündə tab gətirmək həqiqətən çətindir.

“Sumqayıt”ın qvineyalı yeni hücumçusu Momo Yansane Sportinfo.az-a verdiyi açıqlamada matçla bağlı olduqca inamlı danışıb:

“Qarabağ”ın gücü hamıya bəllidir. Təhlükəli rəqibdir və taktiki baxımdan kifayət qədər hazırlıqlıdır.

Lakin həyatda mümkünsüz heç nə yoxdur. Açıq deyirəm, heç nədən qorxmuram.

Ayağımızı yerə bərk bassaq, qarşıdakı 8 oyunda qələbə qazana bilərik. Bütün matçlarda lazımınca döyüşüb bacardığımız qədər çox xal toplayacağıq”.

Martın 3-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda gerçəkləşəcək oyun saat 19:30-da başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA