Azərbaycan Kubokunda növbəti yarımfinalçı müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, 1/4 finalda səfərdə "Sumqayıt"a 4 cavabsız qolla qalib gələn "Sabah" yarımfinala adlayıb.
Qonaqların heyətində Anatoli Nuriyev (55), Xəyal Əliyev (71), Coy-Lens Mikels (82) və Amin Seydiyev (90+3) fərqləniblər.
Bu komandalar arasında keçirilən ilk görüşdə hesab açılmamışdı.
"Bayquşlar" növbəti raundda "Neftçi" - "Kəpəz" cütünün qalibi ilə qarşılaşacaq.
"Sumqayıt" – "Sabah" 0:4
Qol: Anatoli Nuriyev, 55, Xəyal Əliyev, 71, Amin Seydiyev, Coy Lens Mikels, 82, 90+4

