Premyer Liqa klubu keçmiş məşqçisini geri qaytardı - FOTO

22 Fevral 2025 19:40 Sumqayıt 5 479
Premyer Liqa klubu keçmiş məşqçisini geri qaytardı - FOTO

«Sumqayıt» sabiq məşqçisini geri qaytarıb.

Samir Ələkbərov 7 illik aradan sonra «kimyaçılar»ın düşərgəsinə dönüb.

2018-ci ildə Nazim Süleymanovun köməkçisi kimi əsas komandada işləmiş mütəxəssis bundan sonra «gənclik şəhəri» təmsilçisinin akademiyasında fəaliyyət göstərəcək.

Millinin və «Neftçi»nin sabiq hücumçusu bugünlərədək «Baku Sportinq»də çalışırdı. O, I Liqada mübarizə aparan klubun akademiyasına rəhbərlik edirdi.

SPORTİNFO.AZ

Premyer Liqa klubu keçmiş məşqçisini geri qaytardı - FOTO

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi