Azərbaycan klubu özbəkistanlı hücumçu transfer etdi - RƏSMİ

19 Fevral 2025 22:40 Sumqayıt 1 244
Azərbaycan klubu özbəkistanlı hücumçu transfer etdi - RƏSMİ

2024/25 mövsümünün ikinci yarısı üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, "kimyaçılar" son olaraq Özbəkistanda - “Nasaf”da çıxış etmiş Bobur Abdikholikov ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb.

27 yaşlı hücumçu komandada “9” nömrəli formada çıxış edəcək.

Bobur Abdikholikov karyerası ərzində Özbəkistanın “Nasaf”, Ukraynanın “Rux” (Lvov), Belarusun “Energetik” (Minsk) və Qazaxıstanın “Ordabası” klublarının şərəfini qoruyub.

Özbəkistan millisinin futbolçusu adıçəkilən ölkənin U-19, U-22 və U-23 millilərində də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə