Klubdan prezidentlə bağlı son xəbərə REAKSİYA VERİLDİ

18 Fevral 2025 13:00 Sumqayıt 1 188
Klubdan prezidentlə bağlı son xəbərə REAKSİYA VERİLDİ

“Təəssüf ki, klubumuzun prezidenti Riad Rəfiyev haqqında bu kimi xəbərlər növbəti dəfə idman mediasının gündəminə gəlib”.

“Sumqayıt”ın mətbuat xidmətindən Sportinfo.az-ın redaksiyasına göndərilən açıqlamada belə deyilir.

Dünən yayılan məlumata görə, «Sumqayıt»da şok ayrılıq baş verə bilər.

İddiaya görə, 2018-ci ildən prezident postunu tutan Riad Rəfiyein klubdan getməsi gözlənilir.

Bunun iyunda - mövsümün sonunda reallaşması mümkündür. Ona yeni, daha yaxşı təklifin gəldiyi bildirilir. Verilən məlumata görə, Rəfiyev iddialı klubların birindən dəvət alıb.

Hazırda tərəflər arasında danışıqların öz təbii axarıyla getdiyi, bir müddət sonra yekun qərarın verəcəyi söylənilir.

Rəsmi açıqlamada bunlar qeyd olunur:

“Bir daha bildirmək istəyirik ki, Riad Rəfiyev işinin başındadır və bütün fəaliyyətini “Sumqayıt”ın inkişafı və gələcək uğurları yönündə davam etdirir.

Media nümayəndələrindən və azarkeşlərdən xahiş edirik ki, yalnızca klub tərəfindən açıqlanan rəsmi məlumatlara istinad etsinlər”.

Riad Rəfiyev 7 ildir «kimyaçılar»ın başında dayanır. «Gənclik şəhəri» təmsilçisinin tarixi ərzində əldə etdiyi bütün uğurlar onun rəhbər olduğu bu illərə təsadüf edir.

Belə ki, sumqayıtlılar ötən müddət ərzində 3 dəfə avrokuboklara vəsiqə qazanıb, iki dəfə ölkə kubokunun finalçısı olub, Premyer Liqanın bürünc medallarına yiyələnib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA