Azərbaycanda klub yeni himayədar tapdı - SON DƏQİQƏ

31 Yanvar 2025 14:00 Sumqayıt 3 067
Azərbaycanda klub yeni himayədar tapdı - SON DƏQİQƏ

Premyer Liqa səhnəsinə yeni «aktyor» çıxıb.

Söhbət «SOCAR Polimer»dən gedir.

Adıçəkilən zavod «Sumqayıt»la anlaşıb. «SOCAR Polimer» Sumqayıt şəhərinin eyniadlı klubu ilə uzunmüddətli əməkdaşlıq müqaviləsi imzalayıb.

Bu sazişin sayəsində «kimyaçılar»ın büdcəsinə böyük miqdarda vəsait daxil olacaq.

Əsas və aşağı yaş qrupları üzrə komandalar indən belə meydana yeni sponsorun adı yazılmış formayla çıxacaq. Həmçinin Mehdi Hüseynzadə adına stadionda onun bannerləri yerləşdiriləcək.

«SOCAR Polimer»in gəlişi ilə «kimyaçılar»ın tərəfdaşlarının sayə 7-yə çatıb. «Azərikimya» isə klubun əsas maliyyə qaynağı olaraq qalmaqdadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə