Azərbaycan klubu bu mövsümün ən bahalı transferini edib

23 Yanvar 2025 20:40 Sumqayıt 4 278
Azərbaycan klubu bu mövsümün ən bahalı transferini edib

Dövrələrarası fasilədə transferləri davam etdirən "Sumqayıt” heyətini yeni legionerlə gücləndirib.

"Kimyaçılar” son olaraq Gürcüstanda "Torpedo”nun (Kutaisi) formasını geyinmiç Momo Yansane ilə 1 il uzatmaq şərtiylə mövsümün sonuna qədər sözləşmə imzalayıb.

Tibbi yoxlanışdan uğurla keçən 27 yaşlı qvineyalı "Sumqayıt”ın heyətində 11 nömrəli formada çıxış edəcək.

Momo Yansane karyerası boyunca "Torpedo” ilə yanaşı, "Nijni Novqorod” (Rusiya), "Şerif” (Moldova), "Riyeka” (Xorvatiya) kimi klublarda çıxış edib. O, Qvineyanın U-20 və əsas yığmalarına da dəvət alıb.

Afrikalı forvard "Sumqayıt”ın bu mövsüm heyətinə qatdığı ən bahalı legioner olub. "Gənclik şəhəri" təmsilçisi Yansaneyə hər ay üçün 10 min dollar əməkhaqqı ödəyəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA