Avrokuboklarda çıxış etdi, region klubuna göndərildi

19 Yanvar 2025 19:00 Sumqayıt 1 687
Avrokuboklarda çıxış etdi, region klubuna göndərildi

«Sumqayıt» Uğur Cahangirovla müvəqqəti vidalaşıb.

«Kimyaçılar» 2023-cü ilin yayında «Şamaxı»dan sıralarına qatdığı hücumçunu «İmişli»yə icarəyə verib.

22 yaşlı gənc mövsümün sonunadək I Liqa komandasının formasını geyinəcək.

Adıçəkilən forvard avrokuboklarda debüt etməyə imkan tapıb.

O, ötən ilin yayında Konfrans Liqasının ilk mərhələsində «Fehervar»a qarşı matçın son bölümündə belə bir fürsət yaxalayıb. Macarıstanda meydana çıxan Uğur qaçırdığı qol epizoduyla diqqət mərkəzinə düşüb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA