"Sumqayıt"da əhval-ruhiyyə yaratdılar – İki yerli, bir legioner

15 Yanvar 09:20 Sumqayıt 933
"Sumqayıt"da əhval-ruhiyyə  yaratdılar – İki yerli, bir legioner

Mövsümün ikinci yarısı üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Vaqif Cavadovun baş məşqçisi olduğu komanda I Liqa təmsilçisi MOİK-lə qarşılaşıb.

"Kapital Bank Arena"da keçirən qarşılaşmada “Sumqayıt” 3:2 hesablı qələbə qazanıb.

Komandanın qollarını Giorgi Karaişvili, Kamran Quliyev və Rövlan Muradov vurub.

“Sumqayıt” hazırlıq prosesi çərçivəsindəki ilk yoxlama oyununda “Araz-Naxçıvan”la heç-heçə edib (2:2).

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:50 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Deyir, hələ öyrənirik