COP29

Bu futbolçulara üz vermək, təhqir etmək də olmaz!

28 Oktyabr 17:40 Sumqayıt 597
Bu futbolçulara üz vermək, təhqir etmək də olmaz!

Yeddi tur sonra gələn qələbə.

Samir Abasovun ayrılanmasından sonra gələn qələbə.

Vaqif Cavadovun ilk qələbəsi.

Çıxdığı ikinci matçda qazandığı ilk qələbə.

Dvamı gələcəkmi, deyə bilmərəm. Bunu Cavadovun özü də deyə bilməz.

Komanda onun deyil. Komanda Samir Abasvovundur.

Onun yığdıqlarıdır. Abasov özünün formalaşdırdığı heyətlə heç bir şey etmədi, Cavadovdan bunu edə bilməsi üçün çox şey tələb olunur - əzm, güc, iş intizamı.

Heç şübhəsiz, bir də bəxti gətirməlidir.

Cavadov gənc, amma iddialıdır. Premyer Liqada müvəqqəti çalışmaq istəmir. Daxilən möhkəm olsun, klub yönəticiləri ilə bir problem yaşamasın, onda hər şey alınacaq.

Tələbkarlığını yerə qoymamalıdır. Futbolçularına üz verməməli, sərt davranmalıdır. Abasov kimi söyüşdən istifadə etməməlidir.

Münasibətlərdə «qırmızı xətt»i keçməsə, sərhədi düzgün müəyyənləşdirsə, bir futbolçu ondan inciməyəcək, dodaqaltı mızıldanmayacaq, bütün varlığıyla meydanda canını qoyacaq.

Topla daha tez hərəkət, daha tez düşünmə - deyəsən, Cavadov əsasən bunu tələb edir. Bu, ilk addımdır və doğru yanaşmadır.

«Sumqayıt» sürətli oynaya bilir.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 09:25 Futbolun dirçəlişi