Problemləri az idi, bir PİS XƏBƏR də ondan gəldi

30 İyul 2024 20:20 Sumqayıt 1 739
Problemləri az idi, bir PİS XƏBƏR də ondan gəldi

«Sumqayıt» həkimlərdən üzücü xəbər alıb.

Məşqlərin birində zədələnən və «Fehervar»la matçda forma geyinə bilməyən İsa Suliman uzun müddət yaşıl sahələrə dönə bilməyəcək.

Pakistan yığmasının da üzvü olan müdafiəçinin çarpaz bağları qopub. Vaxtilə «Aston Villa»da futbolun sirlərini öyrənmiş arxa xətt oyunçusu tezliklə əməliyyat ediləcək.

O, məşqlərə ən yaxşı halda 6 aydan sonra başlayacaq. Həkimlər bu problemin daha 2 ay uzana biləcəyinə dair «kimyaçılar»ı məlumatlandırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM