"Sumqayıt" bu ölkədəki soydaşlarımızdan kömək istədi

30 İyul 2024 01:20 Sumqayıt 1 119
"Sumqayıt" bu ölkədəki soydaşlarımızdan kömək istədi

"Sumqayıt" Konfrans Liqası II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Fehervar"ın qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, "kimyaçılar" matçı izləmək istəyən azarkeşlərə müraciət edib:

"Avropada, xüsusilə də Macarıstanda yaşayan həmvətənlilərimizin diqqətinə

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində baş tutacaq "Fehervar" - "Sumqayıt" matçını izləmək üçün aşağıda göstərilən linkdən qeydiyyatdan keçin. Qeydiyyatdan keçən azarkeşlər Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən biletlə təmin olunacaq. Diqqətiniz üçün təşəkkür edirik!

https://forms.gle/GKdKdd5Nn1vwV7Vm7

"Fehervar" - "Sumqayıt" qarşılaşması 31 iyul tarixində Bakı vaxtilə saat 21:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA