"Sumqayıt" Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Fehervar"la cavab görüşü üçün Macarıstana yola düşüb.
Bu gün səhər saatlarında səfərə yollanan təmsilçimiz "Fehervar"ın məxsus olduğu Sekeşvehar şəhərində məskunlaşacaq.
"Kimyaçılar" Bakı-İstanbul-Budapeşt reysinin ardınca avtobusla adıçəkilən şəhərə yetişəcək.
Heyətdə zədədən əziyyət çəkən İsa Sulimani və ilk oyunda aldığı qırmızı vərəqə səbəbindən cəzalı duruma düşən Murad Xaçayev də yer alıb.
30 iyul tarixində paytaxt Budapeştdən 40 dəqiqəlik məsafədə yerləşən şəhərdə komandamız matç üçün son məşqinə çıxacaq.
"Mol Arena"da keçiriləcək məşqdən öncə mətbuat nümayəndələri üçün baş məşqçi Samir Abasovun mətbuat konfransı təşkil olunacaq.
"Fehervar" - "Sumqayıt" qarşılaşması 31 iyul, saat 21:00-da start götürəcək.
XANOĞLAN / SPORTİNFO.AZ

