Futbolun bəzəyi azarkeşlərdir.
Biri də var sevdiyi klubun atributlarına bürünən azarkeşlər.
Bu, futbol stadionlarına ikiqat gözəllik qatır.
Təəssüf ki, bizim futbol meydanlarında bu mənzərəyə heç də tez-tez şahidlik etmirik.
Amma bəzi istisnalar da var.
Məsələn, "Sumqayıt" kimi.
Bu ilin əvvəlində yenicə təmirdən çıxan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna qayıdan klubun oyunlarında çox sayda tamaşaçını komandanın formasında görmək mümkündür.
Bunda komandanın Konfrans Liqasında vəsiqə qazanması da az rol oynamayıb.
"Fehervar"la matçdan öncə arenanın yolunu tutanların əksəriyyətində "kimyaçılar"a məxsus geyim dəsti vardı.
Digər sevindiri fakt odur ki, klubun rənglərinə bürünən azarkeşlərin əksəriyyəti gənc ailələrdir.
Bu, yaxın gələcəkdə tendensiyanın daha da kütləvi hal alacağına ümid verir.
Sizə təqdim edəcəyimiz fotolar fikirlərimizi təkrarən özündə əks etdirir.
XANOĞLAN / SPORTİNFO.AZ

