“Bəsit qollar buraxdıq və uduzduq - Təslim olmaq olmaz”

27 İyul 2024 20:20 Sumqayıt 919
“Bəsit qollar buraxdıq və uduzduq - Təslim olmaq olmaz”

“Oyuna yaxşı başlamışdıq, lakin qırmızı vərəqədən sonra sistem dəyişdi.

Səbuhi Abdullazadə keçdi arxaya, daha çox müdafiəni düşündük. Bəsit qollar buraxdıq və uduzduq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın yarımmüdafiəçisi Rövlan Muradov deyib.

Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk matçında “Sumqayıt” öz meydanında Macarıstan “Fehervar”ına 1:2 hesabı ilə uduzub.

Doğma meydandakı yenilgiyə baxmayaraq, 26 yaşlı futbolçu cavab oyunu üçün ümidlidir:

“Təslim olmaq olmaz. Qarşıda bizi cavab oyunu gözləyir.

Səfərdə işimiz çətin olsa da, sona qədər mübarizə aparacağıq. Əlimizdən gələni edəcəyik ki, mərhələ adlayan tərəf biz olaq”.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM