"Sumqayıt" braziliyalı legionerlə gücləndi

7 İyul 2024 13:15 Sumqayıt 934
"Sumqayıt" braziliyalı legionerlə gücləndi

Transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son mövsümü Albaniya “Eqnatiya”sında keçirmiş Fernando Medeiros ilə 2+1 illik müqavilə imzalanıb.

28 yaşlı braziliyalı yarımmüdafiəçi "Sumqayıt"da “11” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Braziliyanın “Santos” klubunun yetirməsi olan Fernando Medeiros karyerası boyunca bu klubla yanaşı “Botafoqo”, “Vila Nova”, “Bahia”, “Portimonense”, “Eqnatiya” kimi klubların şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə