Bir yapon var idi, onu da yola saldı – Premyer Liqa təmsilıçisi

7 İyul 2024 00:50 Sumqayıt 1 567
Bir yapon var idi, onu da yola saldı – Premyer Liqa təmsilıçisi

Yeni mövsümə hazırlaşan "Sumqayıt"da növbəti ayrılıq gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, Masaki Murata ilə Premyer Liqa təmsilçisi arasında imzalanmış müqavilənin müddəti başa çatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Masaki Murata 2023-cü ilin yanvar ayından "Sumqayıt"da çıxış edirdi.

Yapon yarımmüdafiəçi "kimyaçılar"ın heyətində meydana çıxdığı 54 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM