“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı “Fehervar”la matçın tarixi dəyişdirilib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi paylaşım edib.
Bildirilib ki, qərar UEFA tərəfindən verilib. Macarlarla olyun nəzərdə tutulduğu kimi 1 avqustda deyil, 31 iyulda keçiriləcək.
Cütün ilk oyunu iyulun 25-də Azərbaycanda baş tutacaq.