COP29

Azərbaycan klubunda yaponiyalı legionerlə bağlı müəmma davam edir

22 İyun 23:20 Sumqayıt 1 646
Azərbaycan klubunda yaponiyalı legionerlə bağlı müəmma davam edir

Konfrans Liqasında ölkəmizi təmsil edəcək "Sumqayıt" klubu 18 iyundan hazırlıqlara start verib.

Amma yaponiyalı Masaki Murata hələ də düşərgədə yoxdur.

Onun kollektivə qoşulacağı tarix isə sual olaraq qalır.

Çünki müqaviləsi başa çatan yarımmüdafiəçi "kimyaçılar"dan aldığı yeni müqavilə təklifinə müsbət cavab verməyib.

Başqa təklifləri də olan əcnəbi futbolçu qərar verməyə tələsmir.

24 yaşlı legioner 2023-cü ilin yanvarından “Sumqayıt”ın formasını geyinir.

O, arxada qalan müddətdə meydana çıxdığı 54 matçda 1 qol, 3 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti