Konfrans Liqasına hazırlıq başladı, 3 nəfər kənarda qaldı

19 İyun 2024 23:20 Sumqayıt 2 084
Konfrans Liqasına hazırlıq başladı, 3 nəfər kənarda qaldı

"Sumqayıt" yeni mövsümün hazırlıqlarına start verib.

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək kollektiv Sumqayıt şəhərində bir araya gəlib.

Amma heç də bütün futbolçular Samir Abasovun sərəncamında deyil.

Belə ki, legionerlərdən İsa Sülimani və yerli futbolçulardan Mehdi Cənnətovla Elvin Bədəlov hazırlıqda iştirak etmir.

Adıçəkilən hər üç futbolçu baş məşqçidən icazə alıb.

Onlar 23 iyun "kimyaçılar"ın düşərgəsinə qoşulacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA