COP29

Rusiyada çıxış edən azərbaycanlının Premyer Liqa klubuna keçidi niyə baş tutmadı?

1 Oktyabr 2023 02:40 Sumqayıt 673
Rusiyada çıxış edən azərbaycanlının Premyer Liqa klubuna keçidi niyə baş tutmadı?

"Krasnodar"ın yetirməsi olan Ruslan Rzayev karyerasını Azərbaycanda davam etdirmək şansına sahib olub.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, yarımmüdafiəçi “Sumqayıt”a keçməyə yaxın imiş.

Amma sonda onun keçidi baş tutmayıb. Belədə, 25 yaşlı futbolçu hazırda formasını geyindiyi “SKA Rostov”da qalmağa üstünlük verib.

“Krasnodar” futbol akademiyasının yetirməsi 2015-2021-ci illərdə əsas komandanın futbolçusu olsa da, daha çox “Krasnodar-2”, “Krasnodar-3”də oynayıb.

“Armavir”, “Kuban-Holdinq”də də çıxış etmiş Ruslan 2022-ci ildən “SKA Rostov”a məxsusdur.

Futbolçu əslən azərbaycanlıdır. Ona AFFA-dan bir neçə dəfə dəvət olsa da, yığmamızın formasını geyinməsi reallaşmamışdır.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?