Premyer Liqada HƏSSAS AN: Azərbaycan naminə birlik - VİDEO

24 Sentyabr 23:20 Sumqayıt 370
Premyer Liqada HƏSSAS AN: Azərbaycan naminə birlik - VİDEO

"Sumqayıt" Premyer Liqanın 7-ci turunu "Turan Tovuz"la bərabərə qalmaqla (0:0) arxada qoydu.

Gərgin keçən qarşılaşmaya azarkeşlər də öz damğasını vurdu.

Belə ki, matçın 44-cü dəqiqəsində ənənvi olaraq 44 günlük müharibədə zəfər şəhid olan igid oğullarımız yad olundu.

Davamında isə hər iki tərəfin azarkeş ordusu öz birliyini daha bir şuarla göstərmiş oldu.

Yerli fanatların "Azərbaycan bir olsun" çağırışına Tovuzdan gəlmiş azarkeşlər "İstəməyən kor olsun" - deyə reaksiya verdilər.

Bir neçə dəfə təkrarlanan şuar davamında yerini hər kəsin alqış sədalarına verdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin maraqlı anları aşağıdakı linkdə izləyə bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 23:40 "Bəli, məyusluq oldu"