COP29

“Azərbaycanda evdəki kimi rahatam, mehriban və istiqanlıyıq”

12 Sentyabr 2023 21:00 Sumqayıt 570
“Azərbaycanda evdəki kimi rahatam, mehriban və istiqanlıyıq”

“Azərbaycanda pakistanlılara xüsusi münasibət var”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın müdafiəçisi İsa Suliman deyib.

Yayda “kimyaçılar”la anlaşan pakistanlı legioner ölkəmizdə simpatiya ilə qarşılandığını bildirib:

“Mən bunu açıq-aşkar görürəm. Bura gəlməmişdən əvvəl ölkələrimiz arasında yaxşı münasibətlərin olduğunu demişdilər.

Azərbaycan müsəlman ölkəsidir və mən də bunu hiss edirəm. Azərbaycanlılar haqqında fikrim çox yaxşıdır.

Burada evdəki kimi rahatam. Ölkələrimiz və insanlarımız arasında çoxlu oxşarlıq var. Mehriban və istiqanlıyıq”.

“Gənclik şəhəri” təmsilçisi Portuqaliya təmsilçisi “Vitoria Gimaraeş”ə məxsus olmuş, son mövsümü icarə əsasında “Vilafrankeze”də çıxış edən Suliman ilə 2 illik müqavilə imzalayıb.

İngiltərənin Birmingem şəhərində doğulmuş İsa futbolun sirlərinə məhz bu ölkədə yiyələnib.

“Aston Villa”nın akademiyasının yetirməsi olan 25 yaşlı mərkəz müdafiəçisi karyerası ərzində İngiltərənin “Çeltenhem”, “Qrimsbi Taun”, Niderlandın “Emmen”, Portuqaliyanın “Nasional”, “Vilafrankeze” və “Vitoria Gimaraeş” klublarında çıxış edib.

O, İngiltərənin U-16, U-17, U-18, U-19, U-20, Pakistanın isə əsas millisinə cəlb olunub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?