
"Sumqayıt"ın müdafiəçisi Todor Todoroski Şimali Makedoniya yığmasının heyətində UEFA Millətlər Liqasının Bolqarıstana qarşı keçirilən ev görüşündə qırmızı vərəqə ilə cəzalandırılıb.
Sportinfo.az xəbər verir ki, 23 yaşlı müdafiəçi qarşılaşmanın 14-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alıb.
Bolqarıstan 1:0 qalib gəlib. Qonaqlardan Kiril Despodov 50-ci dəqiqədə fərqlənib.